Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Dəniz" Klinikası xəstənin borc müqabilində qoyduğu qızılları lombarda verdi

"Dəniz" Klinikası xəstənin borc müqabilində qoyduğu qızılları lombarda verdi


"Dəniz" Klinikasında bir neçə gün əvvəl şok hadisə yaşanıb.

Redaksiyamıza daxil olan məlumata görə, estetik əməliyyat üçün klinikaya müraciət edən Ruhanə Allahverdiyeva adlı şəxs, əməliyyata ödəniş üçün 600 manatı çatmadığına görə, özünə məxsus olan qızıl-zinət əşyalarını girov qoymaq istəyib. Bu zaman klinikanın təsisçisi özünün bu sahə üzrə peşəkarlaşan Fidan adlı adamını Ruhanə Allahverdiyevaya vəkil kimi təqdim edərək, “müqavilə” bağlayıb və 8.000 manat ümumi dəyəri olan qızıl-zinət əşyalarını 600 manat qarşılığında götürüb.

Məlumata görə, Ruhanə Allahverdiyevanı Sadiq adlı həkim əməliyyat edib və əməliyyatdan sonra o, borclu qaldığı 600 manatı klinikaya ödəyib. Ruhanə Allahverdiyeva qızıllarını istəyəndə isə şok xəbər eşidib. Belə ki, "Dəniz" Klinikasının təsisçisi Ruhanə Allahverdiyevanın qızıllarını lombarda qoyaraq 5000 manat pul götürüb. Ruhanə Allahverdiyeva dərhal polisə müraciət edib və hazırda Binəqədi rayon Polis idarəsində şikayət üzrə araşdırma aparılır.

Analoji hadisə təxminən 2016-cı ildə Araz Salmanov adlı cərrah tərəfindən də törədilmişdi. Həmin vaxt bu hadisə ölkədə geniş rezonans yaratmışdı.

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sima Babayeva
Xəbəri paylaş