
Donald Trampın ABŞ prezidenti seçildiyi, 7 ay ərzində Yaxın Şərq regionunda gedən geosiyasi proseslər son vaxtlar iti sürətlə Cənubi Qafqaza çatıb. Və bütün bu gedişat, Rusiyanın həmin bu bölgələrdən çıxarılması, ətrafındakı halqanın da daralmasına doğrudur. Görünməmiş tarixi dövr!
Artıq, "azadlıq dalğası" Cənubi Qafqaza da, real və güclü axınla daxil olur. 3 gün əvvəl, Trampın: ABŞ 'Zəngəzur dəhlizi' təhlükəsizliyinə yardımçı ola bilər, deməsi, 1 gün sonra ABŞ dövlət katibi Rubionun, Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə baş tutması çağırışı oldu.
Paralel olaraq, Türkiyənin də, bu sazişə dəstəyi və nəhayət, Azərbaycan və Ermənistanın rəhbər şəxslərinin cəmisi bir gün əvvəl elan olunmaqla təcili Birləşmiş Ərəb Əmirliklərinə sazişlə bağlı gedişi oldu. Və həm, Rusiyanın, 4 ildən çoxdur, bu sazişdə tərəf kimi iddiası kənar qoyulmaqla.
Bununla, Moskva Cənubu Qafqazı xeyli dərəcə itirir. Qalır Gürcüstan, o da bu güclü "dalğa", bu sürətli gedişatla Rusiyanın təsirində elə də çox qalmaz. Gürcü xalqı tam, Qərb, Avropa tərəfdir Və bundan sonra "dalğa" Orta Asiyaya da keçə bilər, əgər Moskva prosesi dayandıra bilməzsə.
Ancaq, Cənubi Qafqazdan kənar qoyulma ağır strateji itki olaraq, Putini qəzəb, qisaslı edəcək ki, ondan istənilən təxribatı gözləmək və buna hazır olmağı tələb edir. Çətin ki, rahat dayana! Ukrayna itkisi onun prestijinə, Cənubi Qafqazı itkisi isə, Federasiyasına təhlükədir. Daha ağır.
İlqar Altay