Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsuda aptekdən oğurluq olub

Ağsuda aptekdən oğurluq olub


Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Newscenter.az-a bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 21 yaşlı Murad Muradov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş