
Qazaxıstanda bir il ərzində taksi ilə daşınan sərnişinlərin sayı 130%-dən çox artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Milli Statistika Bürosu məlumat verib.
Məlumata görə, 2025-ci ilin yanvar-avqust aylarında 102 milyon sərnişin daşınıb. 2024-cü ilin müvafiq dövründə ölkədə 43,9 milyon sərnişin daşınıb. Taksi statistikası fərdi sahibkarların işinin həcmini də nəzərə alır.
Anar Əliyev












































