
Filippin sahillərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun məlumatına görə, yeraltı təkanların episentri Mati şəhərindən 60 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 62 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, sentyabrın 30-da Filippin sahillərində 6,9 bal gücündə zəlzələ baş vermiş, nəticədə azı 72 nəfər həlak olmuşdur.
Anar Əliyev











































