Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarus prezidentindən Ermənistana Aİ-ilə bağlı sual: Tələskənliyiniz nədir?

Belarus prezidentindən Ermənistana Aİ-ilə bağlı sual: Tələskənliyiniz nədir?


"Ermənistan konyak da daxil olmaqla məhsullarını Avropa Birliyində sata bilib-bilməyəcəyini düşünməlidir".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Avrasiya Hökumətlərarası Şurasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə Belarus prezidenti bildirib ki, Ermənistanın Avropa İttifaqına doğru can atmasının tələskənliyini başa düşmək çətindir:

"Əgər Avropa Birliyinə qoşulmaq qərarına gəlmisinizsə, tələskənliyiniz nədir? Konyakınızın harada, tərəvəz və meyvələrinizin harada və nə qədər satılacağını dəqiq müəyyənləşdirin. Bu gün burada satdığınız məhsulu əvəz edə biləcəksinizmi? Əgər Fransanın sizin konyakınızı alacağına əminsinizsə - onların sizdən almaqdan başqa çarəsi yoxdur - yaxşı, davam edin. Niyə qaçırsınız? Niyə arabanı atın qabağına qoyursunuz?".

Süleyman
Xəbəri paylaş