Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səidə Mirzoyeyeva Trampla görüşüb

Səidə Mirzoyeyeva Trampla görüşüb


Özbəkistanın Prezident Administrasiyasının rəhbəri Səidə Mirzoyeyeva Birləşmiş Ştatlara işgüzar səfəri çərçivəsində Amerika prezidenti Donald Trampla görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə xanım Mirzoyeyeva özünün sosial şəbəkə hesabında məlumat verib.

"ABŞ Prezidenti Donald Trampla görüşmək və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səmimi və xoş arzularını çatdırmaq mənim üçün böyük şərəfdir",-deyə Səidə Mirzoyeyeva vurğulayıb.

Qeyd edək ki, görüş zamanı Birləşmiş Ştatlarla Özbəkistan arasında mövcud münasibətlər, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin perspektivləri və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş