
"Bu gün Azərbaycan siyasi həyatında mühüm hadisələrdən birinə şahidlik edirik. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Heydər Əliyev Mərkəzində keçirilir. Bu qurultay YAP-ın siyasi tarixində yeni mərhələnin başlanğıcını ifadə etməklə yanaşı, müstəqil Azərbaycan dövlətinin keçdiyi böyük inkişaf yoluna, qazandığımız tarixi Zəfərə və qarşıda duran vəzifələrə nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Sadiq Qurbanov deyib. O bildirib ki, qurultay nümayəndələri olaraq bu mühüm toplantıya böyük məsuliyyət və qürur hissi ilə qatılırıq:
"VIII Qurultayın keçirildiyi məkanın özü də rəmzi məna daşıyır. Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan bu mərkəzdə partiyanın gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunması həm siyasi varisliyin, həm də dövlətçilik ənənələrinin davamlılığının ifadəsidir".
Süleyman












































