
Filippin prezidenti zəlzələdən sonra əhalinin təxliyəsinin baş tutacağını açıqlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Filippin prezidenti kiçik Ferdinand Markos 7,6 bal gücündə güclü zəlzələdən sonra ölkənin cənubunda sakinlərin təxliyəsi barədə göstəriş verib. Bu barədə dövlət başçısının administrasiyasının yaydığı məlumatda deyilir.
"Hazırda vəziyyəti qiymətləndiririk və hər kəsin təhlükəsizliyini təmin edirik. Mən Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasına, Mülki Müdafiə İdarəsinə, Silahlı Qüvvələrə, Filippin Sahil Mühafizəsinə və bütün aidiyyatı qurumlara sahilyanı ərazilərin dərhal boşaldılması, fövqəladə kommunikasiya xətlərinin işə salınması, yerli hakimiyyət orqanları ilə yaxından əlaqələndirilməsi barədə göstəriş vermişəm" deyə prezident vurğulayıb.
Anar Əliyev











































