
Kamçatkada xilasedicilər dəniz suyu ilə qum tullantılarının eroziyası, eləcə də fırtına səbəbindən regionun şimal-şərq sahillərində alçaq ərazilərin su altında qalması ehtimalı barədə xəbərdarlıq ediblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi fırtına xəbərdarlığı edib.
"Fırtına xəbərdarlığı oktyabrın 10-u günortadan sonra başlayacaq və oktyabrın 11-i səhərədək davam edəcək. Karaginski bələdiyyə dairəsinin İvaşka, Kostroma, Tımlat və İlpirskoye kəndləri, eləcə də Vıvenka və Korf kəndləri ərazisindəki alçaq ərazilər su altında qala bilər", - Olyutorski bələdiyyəsi bildirib.
Anar Əliyev











































