
Rusiyada qırıcə təyyarə qəzaya uğrayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Lipetsk vilayətində qeydə alınıb.
Məlumata görə, Lipetskidə MiQ-31 təyyarəsi qəzaya uğrayıb. Təyyarə qəzasını Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.
"Bu gün Moskva vaxtı ilə saat 19:20-də MiQ-31 təyyarəsi Lipetsk vilayətində planlı təlim uçuşundan sonra eniş zamanı qəzaya uğrayıb. Pilotların həyatı üçün heç bir təhlükə yoxdur", - deyə nazirlik bildirib.
Təyyarə yaşayış olmayan əraziyə düşüb.
Mehman Mehdiyev











































