Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkərin qiyməti aşağı düşəcək

Şəkərin qiyməti aşağı düşəcək


2025-ci ildə Rusiyada şəkərin qiyməti təkcə yay ayları ilə müqayisədə deyil, həm də ötən illə müqayisədə ucuzlaşıb.

Newscenter.az xəbər verir ki, bu barədə İqtisadiyyat üzrə fəlsəfə doktoru və aqrobiznes üzrə ekspert və analitik mərkəzi olan AB-Center-in baş direktoru Aleksey Pluqov TASS-a bildirib ki, oktyabrın sonuna qədər qiymətlərin daha ciddi enməsi gözlənilir.

O qeyd edib ki, mərkəzin məlumatına görə, ötən həftə Rusiyada şəkərin orta topdansatış qiyməti ƏDV nəzərə alınmadan bir ton üçün 41 810 rubl təşkil edib ki, bu da avqustun əvvəlindəki qiymətdən (yeni şəkər çuğunduru yığımının aktiv emalı mərhələsi başlayana qədər) 10,9%, bir il əvvəlki qiymətdən isə 18,4% aşağıdır. Sentyabrın sonunda pərakəndə satış qiymətləri bir kq üçün 72,8 rubl təşkil edib ki, bu da bir il əvvəlki qiymətdən 0,9% aşağıdır.

Anar Əliyev
Xəbəri paylaş