
Polşa prokurorları Baş nazir Donald Tuskun hakim Vətəndaş Koalisiyasına daxil olan Vətəndaş Platforması partiyasının Varşava qərargahına molotov kokteyli atan 44 yaşlı kişiyə qarşı ittiham irəli sürüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Bu barədə TVP telekanalı prokurorluğa istinadən məlumat yayıb.
Varşava Rayon Prokurorluğunun sözçüsü Piotr Skiba bildirib ki, şübhəli şəxs dindirilərkən təqsirini rədd edib, lakin cinayət yerində olduğunu təsdiqləyib. O, hüquq-mühafizə orqanlarına müsahibəsi zamanı Polşanın hazırkı baş nazirinin adını on dəfə çəkib. Skiba əlavə edib ki, prokurorluq hücumçunun 3 ay müddətinə həbs olunmasını da istəyib.
Anar Əliyev












































