Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyada 460 min toyuq məhv ediləcək

Yaponiyada 460 min toyuq məhv ediləcək


Yaponiyada 460 min toyuq "quş qripi" təhlükəsi səbəbindən məhv ediləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, Yaponiyanın şimalındakı Hokkaydo prefektura hökuməti bu mövsüm ilk dəfə bir fermada quş qripi epidemiyasını təsdiqlədikdən sonra təxminən 460 000 yumurtaçı toyuğun məhv edilməsi barədə göstəriş verib.

Nəşr qeyd edir ki, quşların ölüm halları cənub prefekturasının Şiraoi şəhərindəki fermada aşkarlanıb. Təhlillər nəticəsində məlum olub ki, quşlar quş qripinə yoluxub və bu, xəstəliyin yayılmasının qarşısını almaq üçün səlahiyyətliləri təxminən 459 min quşu məhv etməyə məcbur edib. Prosesdə 120-yə yaxın insan iştirak edib. Səlahiyyətlilər, qripin aşkar edildiyi quşçuluq fermasını dezinfeksiya etmək üçün əlavə üç gün tələb olunmaqla prosesi oktyabrın 30-a qədər başa çatdırmağı planlaşdırır.

Mehman Mehdiyev
Xəbəri paylaş