Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lena çayında iki sərnişin gəmisi buzda qalıb

Lena çayında iki sərnişin gəmisi buzda qalıb


Yakutiyanın Bulunski rayonunda iki gəmi Lena çayında kəskin soyuq havaya görə lövbər salmağa məcbur olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, respublikanın xilasetmə xidmətinin məlumatına görə, on nəfərlik ekipaj təxliyyə olunacaq.

"Lena çayı üzərindəki Bulunski rayonunda Bıkovskidən Yakutsk istiqamətində hərəkət edən iki gəmi - "Zaliv" və "Bıkov Mys" qəfil soyuqluq səbəbindən dayanmaq məcburiyyətində qalıb. Gəmidə on ekipaj üzvü var. Yakutiya Xilasetmə Xidmətinə insanların vertolyotla təxliyyə edilməsi ilə bağlı müraciət daxil olub", -deyə məlumatda bildirilir.

Anar Əliyev
Xəbəri paylaş