Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almatıda vəfat edən qadın altı nəfərin həyatını xilas etdi

Almatıda vəfat edən qadın altı nəfərin həyatını xilas etdi


Qazaxıstanın Almatı şəhərində vəfat edən qadın altı nəfərin həyatını xilas edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Almatıda vəfat edən şəxs altı nəfər üçün donor olub.

Ölkənin Səhiyyə Nazirliyi məlumatı təsdiqləyib.

Belə ki, 1962-ci il təvəllüdlü xəstə Almatı Mərkəzi Şəhər Klinik Xəstəxanasında vəfat edib. Nazirlik bildirib ki, donordan çoxorqan transplantasiyası əməliyyatı aparılıb.

Donorun qohumlarının razılığı sayəsində bir neçə həyati orqanın eyni anda köçürülməsi mümkün olub.

Onun ürəyi - 1988-ci il təvəllüdlü xəstəyə, qaraciyəri 1982-ci il təvəllüdlü xəstəyə, sağ böyrəyi 1996-cı il təvəllüdlü xəstəyə, sol böyrəyi isə -2017-ci ilin oktyabr ayından bəri transplantasiya gözləyən 1966-cı il təvəllüdlü xəstəyə köçürülüb.

Vəfat edən şəxsin buynuz qişası da 1983 və 1956-cı il təvəllüdlü xəstələrə köçürülüb.

Mehman Mehdiyev
Xəbəri paylaş