
Çexiyada sərnişin qatarlarının fəaliyyəti iflic olub.
Newscenter.az TASA-a istinadən bildirir ki, buna səbəb ölkənin şimal-şərqində dəmir yolu sistemlərindən kabellərin oğurlanmasıdır. Bu səbəbdən onlarla sərnişin qatarının hərəkəti dayandırılıb.
Fövqəladə hadisə Olomouc və Ostrava arasındakı dəmir yolu xəttində [/b]də baş verib. Yüzlərlə sərnişini daşıyan qatarın hərəkəti dayandırılıb. Qismən xidmət bir neçə saatdan sonra bərpa edilib.
Polis oğurluqda şübhəli bilinən üç nəfəri saxlayıb. Çexiya KİV-lərinin məlumatına görə, onlar qatarların təhlükəsiz istismarını təmin edən açarları, işıqforları və digər infrastrukturu idarə etmək üçün lazım olan xeyli miqdarda kabelləri kəsərək oğurlayıblar.
[b]Mehman Mehdiyev











































