Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtobusla yük maşınının toqquşması nəticəsində 20 nəfər həlak olub

Avtobusla yük maşınının toqquşması nəticəsində 20 nəfər həlak olub


Hindistanda sərnişin avtobusunun iştirakı ilə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Newscenter.az
TASS-a istinadən bildirir ki, hadisə Hindistanın cənubundakı Telanqana əyalətində qeydə alınıb. Belə ki, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 20 nəfər ölüb, 18 nəfər yaralanıb.

Məlumata görə, Heydərabada gedən avtobusda 70-ə yaxın sərnişin olub. Hadisə yerinə xilasedicilər cəlb edilib.

İlkin məlumata görə, qəzaya səbəb yük maşını sürücüsünün onu həddindən artıq sürətli idarə etməsi olub.

Anar Əliyev
Xəbəri paylaş