
Türkiyədə dabaq xəstəliyinə görə bir sıra vilayətlərdə karantin elan edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Bolunun Mudurnu rayonunda mal-qara arasında dabaq xəstəliyi aşkar edildikdən sonra 18 kənd və 4 məhəllədə karantin tətbiq olunub.
Belə ki, Mudurnuda Rayon Kənd Təsərrüfatı Müdirliyinin qrupları yoxlamalar zamanı bəzi mal-qaralarda dabaq xəstəliyi aşkar ediblər.
Rayon Kənd Təsərrüfatı Müdirliyi Esenkaya, Pelitözü, Karataş, Kilözü, Bostancılar, Ormanpınar, Dolayüz, Karşıköy, Delice, Munduşlar, Hüsamettindere, Gəlinözü, Gürçam, Tımaraktaş, Yeniceşeyhler, Sürmeli, Karataş, Fındıcak, Yıldırım, Fındıqağa, Yıldırım kəndlərinin karantinə alınmasına qərar verib.
Bu arada xəstəliyin yayılmasının qarşısını almaq üçün Mudurnu Heyvan Bazarı bağlanıb.
Anar Əliyev











































