Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1,7 ton kokain daşıyan sualtı qayıq saxlanılıb

1,7 ton kokain daşıyan sualtı qayıq saxlanılıb


Portuqaliya hakimiyyəti Atlantik okeanının ortasında 1,7 tondan çox kokain daşıyan narko-sualtı qayığı müsadirə edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, yarısualtı qayıq Portuqaliya donanması və məhkəmə polisi tərəfindən birgə əməliyyat zamanı İberiya yarımadasına doğru gedərkən saxlanılıb.

Polis qayıqdakı dörd Cənubi Amerika ekipaj üzvünün tutulduğunu bildirib. Şübhəlilərdən ikisi ekvadorlu, biri venesuelalı, biri isə kolumbiyalıdır.

Narkotiklərlə Mübarizə Direktoru Vitor Ananias bildirib ki, müxtəlif millətlərdən olan şəxslərin olması təşkilatın beynəlxalq strukturunu nümayiş etdirir.

Mehman Mehdiyev
Xəbəri paylaş