Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tayvanda zəlzələ olub

Tayvanda zəlzələ olub


Tayvanın mərkəzindəki Nantou qraflığında 4,5 bal gücündə zəlzələ baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların episentri Qouxing kəndi yaxınlığında, qraflığın mərkəzi Nantou şəhərindən 31,2 kilometr şimal-şərqdə, 23,7 kilometr dərinlikdə yerləşib.

Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Seysmoloqlar qeyd edirlər ki, son aylar adada müxtəlif intensivlikdə silsilə təkanlar baş verib. Bundan əvvəlki 5 bal gücündə zəlzələ noyabrın 10-da Tayvanın cənubunda qeydə alınıb.

Anar Əliyev
Xəbəri paylaş