
Titanikdə həlak olan ən varlı sərnişinlərdən biri İsidor Strausa məxsus qızıl saat 22 noyabrda keçiriləcək hərracda 1 milyon funt sterlinqə satıla bilər.
Newscenter.az BBC-yə istinadən bildirir ki, hərracın təşkilatçısı olan Uiltşirdə yerləşən Henry Aldridge & Son şirkətinin direktoru Endryu Oldridgedir.
Saatla yanaşı onun müəllifinin göyərtədə yazdığı nadir bir məktub da hərraca çıxarılacaq.
Qeyd edək ki, 14 aprel 1912-ci ildə Sauthemptondan Nyu-Yorka gedən gəmi aysberqə çırpılarkən həlak olan 1500-dən çox sərnişin arasında Straus və həyat yoldaşı da var idi. Strausun cəsədi qəzadan bir neçə gün sonra Atlantik okeanından tapılıb və onun yanında 18 karatlıq qızıl saat tapılıb. Saat Titanik batdığı anda dayanıb.
Şeyda












































