
Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələri verməyi planlaşdırır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp deyib.
O bildirib ki, ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcıları tədarük etməyi nəzərdə tutur.
Tramp Ağ Evdə müxbirin sualına cavab olaraq, "Bəli, bunu edəcəyik. F-35-i Səudiyyə Ərəbistanına satacağıq" deyib.
Cavid











































