
Bu il payız mövsümündə yağışın olmaması səbəbindən 28 noyabr 2025-ci il tarixində Özbəkistanın bütün məscidlərində cümə namazından sonra iki rükət yağış üçün dua qılınacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, tədbir Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Şeyx Nuriddin Xaliqnəzərin təşəbbüsü ilə təşkil olunur.
Özbəkistan Müsəlmanları İdarəsinin himayəsi altında olan ali və orta ixtisas İslam təhsil müəssisələrinin müəllim və tələbələri 28 noyabr cümə gününə qədər İmam Buxarinin "Səhih Buxari"sinə əsasən Xətmi Kitab ayinini yerinə yetirəcəklər.
Şeyda










































