
Rusiyada kəskin respirator virus infeksiyalarına yoluxma halları 17,9% artıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, qripə yoluxanların sayı əvvəlki həftədən 2,2 dəfə çox olub.
Cari epidemiya mövsümünün 47-ci həftəsində kəskin respirator virus infeksiyaları və qripə yoluxma halları 46-cı həftə ilə müqayisədə 17,9% artıb. Təxminən 6400 qrip hadisəsi qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 2,2 dəfə çoxdur. Qrip A(H3N2) virusları arasında əvvəlcədən aşkar edilib. Bu arada, COVID-19-a yoluxma halları 47-ci həftədə 13,8% artaraq təxminən 8200 hadisəyə çatıb.
Ümumrusiya qripə qarşı peyvənd kampaniyası çərçivəsində 73 milyondan çox vətəndaş peyvənd olunub ki, bu da ölkə əhalisinin 49,6%-ni təşkil edir.
Şeyda










































