
Qazaxıstan Daxili İşlər Nazirliyi neft məhsullarının oğurluğu, qanunsuz daşınması və qaçaqmalçılığı faktlarını müəyyən edib.
Newscenter.az Polisia.kz-a istinadən xəbər verir ki, noyabr ayında Aktobe bölgəsində polis saxta sənədlərdən istifadə edərək neft emalı məhsullarının oğurlanması və daşınması ilə məşğul olan bir qrup şəxsin fəaliyyətini ifşa edib.
İki bölgədə təşkilatçıların göstərişi ilə təxminən 60 tona yaxın neft məhsulunu qanunsuz daşıyan yük maşını sürücüləri saxlanılıb.
Yaşayış binalarında və bir müəssisədə aparılan axtarışlar zamanı təxminən 400 ton neft məhsulları, eləcə də odlu silah və qaz silahları, qanunsuz əməliyyatları təsdiqləyən sənədlər müsadirə edilib.
Başqa bir cinayət işi çərçivəsində neft məhsullarının xaricə qaçaqmalçılığı ilə məşğul olan şirkətin fəaliyyəti araşdırılıb. İlkin məlumatlara görə, şirkət qaçaq mal yolu ilə təxminən 8 milyard tenge dəyərində 30 min tondan çox yanacaq ixrac edib.
Oktyabr ayında dövlət sərhədindəki dəmir yolu keçid məntəqələrindən birində bu şirkətə məxsus dörd vaqon aşkar edilib və onlar qonşu ölkəyə 300 ton yanacaq daşıyıblar.
Şeyda













































