Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Əlişir Nəvai və Məhəmməd Füzuli: Özbəkistan–Azərbaycan ədəbi əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib

“Əlişir Nəvai və Məhəmməd Füzuli: Özbəkistan–Azərbaycan ədəbi əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib


Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əlişir Nəvai və Məhəmməd Füzuli: Özbəkistan–Azərbaycan ədəbi əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Newscenter.az-ın xəbərinə görə, çıxışlarda Nəvai və Füzulinin ümumtürk mədəniyyətindəki rolu, onların yaradıcılığının Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin inkişafındakı əhəmiyyəti, eləcə də irslərinin müasir elmi yanaşmalarla araşdırılması məsələləri vurğulanıb.

Bədii hissədə Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyəti, Təhsil və Tədqiqat Mərkəzinin tələbələrdən ibarət “Füzuli dilbəndləri” kollektivi şairlərin qəzəl və poetik parçalarını səsləndiriblər.



Süleyman
Xəbəri paylaş