Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT-nin növbəti sammiti gələn il Rusiyada keçiriləcək

KTMT-nin növbəti sammiti gələn il Rusiyada keçiriləcək


Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti gələn il Rusiya Federasiyasında keçiriləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə qərar KTMT-nin bu gün Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammiti zamanı qəbul edilib. Qırğızıstan prezidenti Sadir Japarov sammitin qərarını açıqlayaraq bildirib ki, təşkilatın növbəti sammiti 2026-cı il, sentyabrın 11-də Rusiyada baş tutacaq. Japarov bu qərarla KTMT-yə sədrliyin Rusiya tərəfinə keçdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Bişkekdə KTMT-yə üzv ölkələrin lidüerlərinin iştirakı ilə sammit keçirilib. Samitdə Ermənistan baş naziri Nikol Paşinyandan başqa bütün üzv ölkələr ən yüksək səviyyədə, dövlət başçıları səviyyəsində təmsil olunub.

Cavid
Xəbəri paylaş