Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı rayonun fəal gəncləri ilə görüşüb

Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı rayonun fəal gəncləri ilə görüşüb


Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov ali təhsil müəssisələrinin tələbələri və rayonun fəal gəncləri ilə görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüşdə gənclərlə dövlət qurumları arasında dialoqun genişləndirilməsi, onların fikir və təkliflərinin dinlənilməsi müzakirə olunub. Gənclər dövlətin gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib, rayonun ictimai-siyasi, sosial və mədəni həyatına dair təkliflərini səsləndiriblər.

Tədbir səmərəli fikir mübadiləsi ilə yekunlaşıb, sonda xatirə şəkilləri çəkilib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş