
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 70.365-ə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində dağıntılar altından çıxarılan beş fələstinlinin cəsədi və 11 yaralı şəxs xəstəxanalara aparılıb.
Atəşkəs qüvvəyə minəndən bəri 376 nəfər həlak olub, 981 nəfər yaralanıb və dağıntılar altından 626 cəsəd çıxarılıb.
Ümumiyyətlə, İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabr ayında başlayan hücumları nəticəsində ölənlərin sayının 70.365-ə, yaralananların sayının isə 171.058-ə çatdığı bildirilir.
Şeyda










































