
Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.
Newscenter.az xəbər verir ki, "Report"un "BNO News"a istinadən verdiyi məlumata görə, yayılan videoda əlində tüfəng olan iki silahlı şəxsin atəş açdığı görünür.
Polis silahlı şəxslərin tutulması üçün çimərlik ərazisində xüsusi əməliyyat keçirib.
"Polis Bondi çimərliyində baş verən insidentə reaksiya verib və ictimaiyyəti bu ərazidən uzaq durmağa çağırıb. Hadisə yerində olan hər kəs təhlükəsiz yerə sığınmalıdır", – hüquq mühafizə orqanlarının "X" sosial şəbəkəsindəki yaydığı məlumatda qeyd olunub.
Portal şahidlərə istinadən yeddi nəfərin xəsarət aldığını, on nəfərin öldüyünü bildirir.











































