Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi vəzifəli şəxslər narkotik ticarətinə sponsorluq edirlər

Bəzi vəzifəli şəxslər narkotik ticarətinə sponsorluq edirlər


Özbəkistanda bəzi vəzifəli şəxslərin narkotik ticarətinə sponsorluq etdiyi bildirilir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bəzi hallarda vəzifəli şəxslərin övladlarının bu işlə məşğul olduğu halları aşkarlanıb.

Məlumata görə, bəzi profilaktik müfəttişlərin xidməti evlərində narkotik laboratoriyaları qurduğu hallar da olub.

O da qeyd edilir ki, Özbəkistanda tələbələr və məktəblilər arasında narkotik qaçaqmalçılığı halları artmaqdadır.

Süleyman
Xəbəri paylaş