
Ukrayna Silahlı Qüvvələri Rusiyan;n Belqorod bölgəsindəki neft anbarına pilotsuz təyyarə ilə hücum edib/
Newscenter.az TASS-a istinadən bildirir ki, nəticədə anbardakı bir neçə çən alovlanıb. Regional əməliyyat qrupunun məlumatına görə, itki yoxdur.
"Ukrayna Silahlı Qüvvələri Starıy Oskol rayonundakı neft anbarına hücum etmək üçün pilotsuz təyyarədən istifadə edib. İlkin məlumata görə, itki yoxdur. Partlayış nəticəsində bir neçə saxlama çəni yanıb. Yanğınsöndürənlər yanğını söndürürlər", - deyə bəyanatda bildirilir.
Anar












































