Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda zavodda partlayış baş verib

Sumqayıtda zavodda partlayış baş verib



Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Newscenter.az-ın xəbərinə görə, "Report"un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş