Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın azərbaycanlılara qarşı davranışı qəbuledilməzdir

Rusiyanın azərbaycanlılara qarşı davranışı qəbuledilməzdir


Rusiya bu ölkədə yaşayan azərbaycanlılara qarşı müxtəlif təzyiq vasitələrini davam etdirir. Məlumata görə, şimal qonşumuzda müvəqqəti qeydiyyatda olaraq ticarətlə məşğul olan azərbaycanlılar məcburi qaydada Ukrayna ilə müharibəyə göndərilir. Bununla yanaşı Rusiya həbsxanalarında cəza çəkən soydaşlarımıza Ukrayna ilə müharibəyə gedəcəkləri təqdirdə cəzalarının azaldılacağı, yaxud cəzadan azad olunacaqları vədi verilərək cəbhəyə göndərilir.

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-la bölüşən politoloq Arzuman Muradlı Moskvanın bu addımını qeyri-qanuni və azərbaycanlılara qarşı təzyiq vasitələrindən biri kimi dəyərləndirib:

"Rusiya zaman-zaman bu ölkədə yaşayan soydaşlarımıza qarşı aqressiv münasibət bəsləyib. Təkcə indi, Rusiya-Azərbaycan münasibətlərində sərinlik müşahidə ediləndə deyil, illər əvvvəl də azərbaycanlılara qarşı heç bir əsas olmadan sərt tədbirlər həyata keçirilib, soydaşlarımız incidiliblər. Rusiyadakı nüfuzlu iş adamlarımıza qarşı qondarma ittihamlar irəli sürülüb, azərbaycanlıların çalışdığı bazarlara zaman-zaman rus OMON-u hücum edərək onların satdıqları malları müsadirə ediblər. Bu Rusiyanın digər xalqlara, əsasən də azərbaycanlılara olan düşmən münasibətindən irəli gəlir".

Arzuman Muradlı deyib ki, Rusiya həbsxanalarında olan azərbaycanlılar qarşısında Ukrayna ilə müharibəyə gedəcəkləri təqdirdə cəzadan azad ediləcəkləri, yaxud cəzalarının yüngülləşdiriləcəkləri seçimi qoyulması Moskvanın insan hüquq və azadlıqlarını kobud şəkildə pozmasıdır:

"Azərbaycanlılara qarşı bu cür mövqe, davranış qətiyyən qəbuledilməzdir. Rusiya digər xalqlara qarşı münasibətinə yenidən nəzər salmalı, hörmət nümayiş etdirməlidir".

Süleyman
Xəbəri paylaş