
ABŞ-ın Ukrayna ilə Rusiya arasındakı münaqişədəki rolu bir qədər neytrallaşıb.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. Fidan hesab edir ki, ABŞ-ın Avropa təhlükəsizliyi üçün məsuliyyət parametrləri də dəyişib.
"Əldə ediləcək sülh yalnız Rusiya ilə Ukrayna arasında sülh olmayacaq. Əslində, bu, həm də Avropa ilə Rusiya arasında sülh olacaq. Bildiyiniz kimi, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra Amerikada başqa bir problem yarandı. ABŞ Rusiya-Ukrayna münaqişəsində aparıcı rolunu dəyişdi və mahiyyət etibarilə neytral mövqe tutdu. Amerikanın Avropa təhlükəsizliyi kontekstində tarixi rolu və məsuliyyəti də dəyişdi", - deyə Fidan bildirib.
O qeyd edib ki, bu gün Avropa təhlükəsizliyi Ukraynanın təhlükəsizliyi ilə çox sıx bağlıdır.
Süleyman












































