Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp İran rejimini qorxu altında saxlamaq istəyir

Tramp İran rejimini qorxu altında saxlamaq istəyir


"ABŞ Prezidenti Donald Trampın İrana zərbə endirilməsinin gözləntiləri fonunda hələlik bunun baş verməməsi taktiki gedişdir. Tramp İran rejimini qorxu altında saxlamaq istəyir".

Bunu Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, İran rejimi nə qədər özünü qorxmaz göstərsə də hərəkətlərindən görünür ki, ciddi şəkildə ABŞ-dan qorxur:

"Tramp isə rejimin ölümləri dayandırdığını əsas gətirib gözləmə mövqeyi seçir. Amma bu o demək deyildir ki, Tramp fikrindən əl çəkir. İrana zərbə həmişə aktualdır və bu, istənilən an baş verə bilər. Tramp sadəcə müəyyən detalları daha da dəqiqləşdirmək istəyir. İrana zərbə son proseslər başlamamışdan əvvəl də gündəlikdə idi. Rejimin dinc nümayişçiləri güllələməsindən sonra daha da aktuallaşdı".

Azər Qasımov qeyd edib ki, Tramp sadəcə İran rejiminə müəyyən vaxt verir:

"Təbii ki, bu kimi əməliyyatların riskləri də böyükdür. Müharibəni başlamaq onu dayandırmaqdan asandır. Görünən odur ki, Tramp hər riski fikirləşir. Hesab edirəm ki, Trampın İran rejiminin qəddarlıqlarına və qətllərinə görə cəzalandırmaq fikri mütləqdir. Amma bunun siyasi olaraq mümkünlüyü də günün reallıqlarından biridir. Hər bir müharibəsiz yol yoxlanılmalıdır. Ətraf ölkələrin də bu məsələdə rolu həlledici rol oynayır".

Süleyman
Xəbəri paylaş