Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb

Bakıda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb



Xəzər rayonunda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şühhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb.

Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır.

Anar
Xəbəri paylaş