
Filippinin cənubunda "Trisha Kerstində 3" bərəsinin batması nəticəsində ölənlərin sayı 15-ə çatıb, 43 nəfər isə itkin düşüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə GMA News xəbər verib.
Bundan əvvəl 13 ölüm hadisəsi qeydə alınmışdı.
Basilan əyalətinin qubernatoru Mujiv Hatamanın sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı zamanı 317 nəfər xilas edilib. Xilasedicilər sağ qalanların axtarışını davam etdirirlər.
Qeyd edək ki, Filippin müntəzəm olaraq çoxsaylı ölümcül bərə qəzaları ilə üzləşib. 2023-cü ildə ölkənin cənubunda bir bərədə baş verən yanğın nəticəsində 30-dan çox insan həlak olmuşdu.
Anar











































