
"İran rejiminin öz vətəndaşına qarşı vəhşiliyinin tək səbəbi var. Bilirlər ki, artıq sonları gəlib. Ona görə də öz canlarını qorumaq üçün məlum vəhşilikləri törədiblər".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, bundan sonra mollaların hakimiyyətdə qalması öz xalqları üçün təhqir olacaq:
"Mollalar yaxşı başa düşür ki, xalq onları bağışlamayacaq. Artıq xalqla rejim arasında düşmənçilik yaranıb.

Molla rejimi ABŞ-ın onları məhv edəcəyini artıq bilir. Verilən hədə bəyanatları da qorxularındandır. Amma rejimin Yaxın Şərqi və yaxın ətrafını qana bulayacağı da realdır. Biz də çox ehtiyatlı olmalıyıq. Bu dəfə rejimin hədələrinə ciddi yanaşmalıyıq. Çünki son dövrlərini yaşayan rejim mütləq biz də daxil bir çox yerləri raket atəşinə tutacaq. Əlindəki raketləri hara gəldi atacaq. Rejim idarəçilik üçün bütün rıçaqlarını itirib. Tək ümidi əlindəki vəhşi terrorçular və raketlərə qalıb".
Azər Qasımov hesab edir ki, Azərbaycan HHM sistemlərinin hazırlığından əmin olmalıdır:
"Son anda region ölkələrini də münaqişəyə cəlb etməyə çalışacaqlar. Mollabaşının məhv edilməsi durumunda isə gedəcəklərindən əmin olduqlarından daha çox ətrafa hücum edəcəklər. Azərbaycan və Türkiyə orduları hazır vəziyyətə gətirilməlidir. İran Türkləri bizi gözləyəcək".
Süleyman












































