Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada nasist soyqırımını inkar etmək cinayət sayılacaq

Rusiyada nasist soyqırımını inkar etmək cinayət sayılacaq


Rusiya hökuməti Böyük Vətən Müharibəsi zamanı Sovet xalqına qarşı nasist soyqırımının inkarını və qurbanlarının xatirəsini təhqir etməyi cinayət hesab edən qanun layihəsini dəstəkləyib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Belə ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsinə - 243.4-cü maddəyə və 354.1-ci maddəyə düzəlişlər təklif olunur. Bunlardan birincisi (243.4) hərbi məzarların və ya Vətənin həlak olmuş müdafiəçilərinin abidələrinin dağıdılması və ya zədələnməsi ilə bağlıdır. Qanuna görə, Böyük Vətən Müharibəsi ilə əlaqəli bu cür abidələrin təhqir edilməsi 5 milyon rubla qədər cərimə və ya 480 saata qədər məcburi əmək və ya 5 ilə qədər məcburi əmək və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

354.1-ci maddə nasizmin reabilitasiyasına görə cinayət məsuliyyətini tənzimləyir. Hazırda Nürnberq məhkəməsinin hökmü ilə müəyyən edilmiş faktların inkar edilməsi, nasist cinayətlərinin təsdiqlənməsi və İkinci Dünya Müharibəsi dövründə SSRİ-nin fəaliyyəti haqqında yalan məlumatların ictimaiyyətə yayılması 3 milyon rubla qədər cərimə, üç ilə qədər məcburi əmək (müəyyən fəaliyyətlərə qadağa qoyulmaqla) və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Anar
Xəbəri paylaş