
Türkiyədə sərnşin avtobusu aşıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Adananın Sarıçam rayonunda qeydə alınıb.
Məlumata görə, Adananın Sarıçam rayonunda Ö.S.-nin idarə etdiyi sərnişin avtobusu, Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunun Yıldırım Bəyazit məhəlləsi yaxınlığında sürücünün idarəetməni itirməsi və yol kənarındakı beton maneəyə çırpılması nəticəsində aşıb.
Şahidlərin verdiyi məlumata əsasən, hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti və polis qrupları göndərilib.
Qəzada yaralanan səkkiz nəfər təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Anar











































