Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib

Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib




Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib.

Newscenter.az xəbər verir ki, Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş, Federal Milli Şuranın sədr müavini və ADPA-nın Qadın Parlament Forumunun sədri Məryam bin Thaneya, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın ADPA-nın Qadın Parlament Forumunun sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Süleyman
Xəbəri paylaş