
Türkiyədə cari ilin ilk Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Milli Təhlükəsizlik Şurasının iclasında Suriya məsləsi, SDF/YPG terror təşkilatının məğlubiyyəti ilə nəticələnən hadisələr müzakirə olunacaq. İclasda regional və beynəlxalq təhlükəsizlik məsələləri də qiymətləndiriləcək.
İclasda Qəzzanın yenidən qurulması müzakirə olunacaq
Qeyd edək ki, Türkiyə ABŞ-ın rəhbərlik etdiyi Sülh Şurasına təsisçi üzv kimi qoşulub. Bu çərçivədə Ankaranın Qəzzanın yenidən qurulması və canlandırılmasında oynayacağı rollar iclasda müzakirə olunacaq. Türkiyənin Fələstin xalqının haqlı işinə dəstəyi vurğulanacaq.
Süleyman











































