Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna ASEAN-a qoşulmaq istəyir

Ukrayna ASEAN-a qoşulmaq istəyir


Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Ukraynanın təşkilatla Dialoq Tərəfdaşlığına qoşulmaq üçün müraciətini nəzərdən keçirir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABS-CBN News məlumat yayıb.

Bildirilib ki, 28-29 yanvar tarixlərində Filippinin Sebu əyalətinin Mandaue şəhərində keçiriləcək ASEAN xarici işlər nazirlərinin görüşündən əvvəl bu məsələ nəzərdən keçirilə bilər. Məsələ yaxın həftələrdə ASEAN Yüksək Vəzifəli Şəxslərinin görüşündə də qaldırılacaq.

Qeyd edək ki, dialoq tərəfdaşları ASEAN-ın üzvü olmayan, lakin regional blokla rəsmi münasibətləri olan dövlətlərdir. ASEAN-ın dialoq tərəfdaşları arasında Rusiya, Çin, Hindistan, ABŞ, Avropa Birliyi, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Kanada və Cənubi Koreya var.

Anar
Xəbəri paylaş