
Çinə sərhəd keçidlərinin sayı ötən il yeni rekord həddə çataraq 697 milyona çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi Dövlət İmmiqrasiya Administrasiyasına istinadən məlumat yayıb.
Hesabatda deyilir ki, 2025-ci ildə Çinin nəzarət-buraxılış məntəqələrində 697 milyon insan yoxlanılıb və bu da əvvəlki illə müqayisədə 14,2 faiz artım deməkdir. Beləliklə, Çin ərazisində sərhəd keçidlərinin sayı yeni tarixi maksimuma çatıb.
Çinə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejim 15 sentyabr 2025-ci il tarixində qüvvəyə minib. Bu rejim standart beynəlxalq pasporta malik Rusiya vətəndaşlarına işgüzar səfərlər, turizm, qohumları və ya dostları ilə görüşmək və ya mübadilə səfərləri üçün Çinə 30 günə qədər səfər etməyə imkan verir. Bu rejim 14 sentyabr 2026-cı il tarixinə qədər qüvvədə qalacaq.
Anar











































