Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderland Avropa İnsan Hüquqları Konvensiyasından çıxa bilər

Niderland Avropa İnsan Hüquqları Konvensiyasından çıxa bilər


Niderland Avropa İnsan Hüquqları Konvensiyasından (AİHK) çıxmalı və iqlim qanunvericiliyindən imtina etməlidir. Çünki bu sahədə məhkəmə qərarları ölkə xalqını hakimiyyətdən məhrum edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu sağçı Demokratiya Forumunun parlament fraksiyasının lideri Lidevij de Vos deyib.

"Avropa İnsan Hüquqları Konvensiyası kimi qeyri-müəyyən ifadə olunmuş beynəlxalq müqavilələr demokratiyanı iflic edən hüquqi özbaşınalığa gətirib çıxarır. Bu konvensiyadan çıxmağımız və İqlim Aktından imtina etməyimiz, hakimiyyəti xalqa qaytarmağımız vacibdir", - deyə o, bildirib.

De Vosa görə, bu cür qərarlar dövlət siyasətini məhkəmə qərarlarının icrası mexanizminə çevirir və ölkə əhalisini qərarlara təsir etmək imkanından faktiki olaraq məhrum edir.

Daha əvvəl Haaqa Rayon Məhkəməsi Niderland hökumətinin Karib dənizindəki kral Bonaire adasının sakinlərini iqlim dəyişikliyinin təsirlərindən qeyri-kafi qoruduğuna və bununla da onları ölkənin Avropa hissəsinin sakinləri ilə müqayisədə əlverişsiz vəziyyətə saldığına qərar vermişdi.

Anar
Xəbəri paylaş