Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mediatorlara sertifikatlar təqdim olunub

Mediatorlara sertifikatlar təqdim olunub


13 fevral 2026-cı il tarixində Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq III Proqramı (PGG III) çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” Layihəsi çərçivəsində mediatorlar üçün “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda keçirilən iki günlük seminar başa çatıb və mediatorlara sertifikatlar təqdim olunub.

Newscenter.az xəbər verir ki, sertifikat təqdimetmədə Avropa Şurasının layihə üzrə məsul şəxsi Vəfa Rövşənova, Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova və təlimçilər iştirak edib.

Sima Yaqubova çıxış edərək mediatorların peşəkar bacarıqlarının inkişaf etdirilməsində bu cür təlim və seminarların əhəmiyyətli olduğunu deyib və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, 35 nəfər mediatorun iştirak etdiyi təlimi milli mediasiya təlimçiləri Bakı 2 saylı mediasiya təşkilatının direktoru İlhamə Həsənova və Bakı 3 saylı mediasiya təşkilatının direktoru Paşa Səfərov aparıb.

Süleyman
Xəbəri paylaş