
Kamçatka diyarında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki. bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat verib.
Bildirilib ki, zəlzələ Petropavlovsk-Kamçatskidən 196 km məsafədə baş verib. Zəlzələ yerin 72 km dərinliyində qeydə alınıb.
Qeyd edək ki, son bir neçə ay ərzində Kamçatkada seysmik aktivlik xeyli artıb.
Anar











































