
Avrasiya İqtisadi İttifaqının məlumatına görə, təşkilat ölkələrində kənd təsərrüfatı istehsalı 2025-ci ildə 4,9% artıb.
Newscenter.az xəbər verir ki, bütün ölkələrdə artım müşahidə olunub. Artım tendensiyasına görə, Qazaxıstan ittifaq ölkələri arasında liderlik edir. Respublikada istehsal 2024-cü illə müqayisədə 5,9% artıb.
Sonrakı yerləri 5,6 faizlə Ermənistan və 4,9 faizlə Rusiya tutub. Ən az artəm isə Belarusda, 0,2 faiz səviyyəsində qeydə alınıb.
AİB ölkələrində kəsim üçün mal-qara və quş əti istehsalı 0,2%, süd istehsalı 1,7%, yumurta istehsalı isə 4,5% artıb.
Anar











































